Modern.az

Konqo Azərbaycanı dəstəkləyir - SƏFİR

Konqo Azərbaycanı dəstəkləyir - SƏFİR

Aktual

7 Fevral 2023, 13:22

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəal iş aparır. Konqo Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəkləyir.

 

Modern.az-ın məlumatına görə, bu fikirləri Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

 

Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirən diplomat Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı