Türkiyənin zəlzələ baş vermiş ərazilərində ümumilikdə 13 milyon əhali yaşayır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, zəlzələ bölgəsinə yardım ayrıldığını diqqətə çatdırıb.
"Bildirim ki, zəlzələ olan bölgəyə 100 milyard lirə ayrılıb. Hazırda biz regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzəyik", - deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.