Modern.az

Azərbaycan həkimləri Türkiyəyə göndərməyə hazırlaşır

Azərbaycan həkimləri Türkiyəyə göndərməyə hazırlaşır

Aktual

7 Fevral 2023, 16:58

Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

 

Qeyd olunub ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.

 

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5775 bina dağılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı