Modern.az

“Açıq mikrofon” aksiyası Tərtərdə - FOTOLAR

“Açıq mikrofon” aksiyası Tərtərdə - FOTOLAR

Aktual

7 Fevral 2023, 17:32

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Tərtər rayonunda baş tutub.

 

Modern.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 11 müraciət ünvanlanıb. Aksiya iştirakçılarından 1 nəfər qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Digər müraciətlərə gəlincə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Müraciətlərlə yanaşı, Birliyə operativ fəaliyyətinə görə təşəkkür ünvanlayan abonentlər də  qeydə alınıb.

 

Görüşdə səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

 

Tərtərdə “Açıq mikrofon” aksiyasında 11 müraciət ünvanlandı - FOTOLARTərtərdə “Açıq mikrofon” aksiyasında 11 müraciət ünvanlandı - FOTOLARTərtərdə “Açıq mikrofon” aksiyasında 11 müraciət ünvanlandı - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı