Böyük Britaniyanın Baş naziri Rişi Sunak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sunak Ərdoğana başsağlığı verib və ölkəsinin dəstəyini ifadə edib.
Baş nazir deyib ki, Britaniyanın 77 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyə hökumətinin müraciətinə cavab olaraq xüsusi avadanlıq və itlərlə Qaziantepə çatıb və onlar dərhal xilasetmə işlərinə başlayacaq.
Ərdoğan Britaniyanın həmrəyliyinə görə Sunaka təşəkkür edib və göstərilən dəstəyi alqışlayıb.