Bələdiyyələrlə bağlı çox ciddi problemlər var. Bizə daxil olan şikayətlərdən görürük ki, 20 il bundan əvvəl vətəndaşların əlində evlərinin tikilməsi ilə bağlı icazələr, bank ödənişləri var. Amma indi bələdiyyələr bunu saxta hesab edirlər.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov səsləndirib.
"Elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadə torpaqları olduğu ortaya çıxıb. İndi də bələdiyyələr deyirlər ki, vətəndaşların sənədləri saxtadır. Bələdiyyələr ilə bağlı bu məsələ tez bir zamanda həll olunmalıdır”,- deyə deputat bildirib.