Modern.az

Zəngilana daha 20 ailə köçürüləcək 

Zəngilana daha 20 ailə köçürüləcək 

Aktual

18 Fevral 2023, 13:53

Fevral ayının sonu, martın ilk həftələrində Zəngilan rayonunun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

 

O, xatırladıb ki, 2022-ci ildə Ağalı kəndinə 66 ailə, 326 nəfər köçürülüb: "2023-cü ildə də növbəti köç gözlənilir. İki mərhələdən ibarət olan köç artıq bu ayın axırı, mart ayın ilk həftələrində həyata keçiriləcək".

 

V. Hacıyev qeyd edib ki, Ağalıda evlərin tikintisi artıq başa çatıb və onlar öz sakinlərini gözləyir: “Ağalı kəndində bütün infrastruktur və xidmət strukturları, sahələri fəaliyyət göstərir və sakinlər bu sahələrdə çalışır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı