Modern.az

Dəmir yolu stansiyasında silahlı şəxs tutulub

Dəmir yolu stansiyasında silahlı şəxs tutulub

Aktual

22 Fevral 2023, 11:07

Hövsan stansiyasında silahlı şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

 

Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı