Modern.az

Prokuror tanışını öldürənə 20 il cəza istədi

Prokuror tanışını öldürənə 20 il cəza istədi

Aktual

24 Fevral 2023, 14:48

Tanışını qətlə yetirməkdə ittiham olunan Şəmşad Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

 

Prokuror Şəmsad Əhmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini tələb edib.

 

Məhkəmə müdafiə çıxışı üçün vəkilə vaxt verib.

 

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Bakının Nərimanov rayonunda qeydə alınıb.

 

1974-cü il təvəllüdlü Şəmsad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı