Vətən Müharibəsi dövründə şəhid olması xəbəri yayılan, sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.
Modern.az xəbər verir ki, o, bu barədə İctimai Televiziyada yayımlanan “Baş tutmayan tələ” sənədli filmində söz açıb.
“İki şəxs otağa gəlib üzümə gülməyə başladı. Ermənilər mənə videolar göstərdi ki, sən artıq Azərbaycanda şəhid olmusan. Tanınmaz halda olan döyüş yoldaşımı Lənkəranda dəfn etmişdilər. Bunlar da sosial şəbəkədə baxıblar ki, məni şəhid kimi bilirlər. “Qırmızı xaç” gələndə bizim yerimizi dəyişirdilər, otaqdan otağa keçirib vermək istəmirdilər. Bunlardan xəbərsiz bir nəfər nümayəndə gələndə mən aşkara çıxmışdım”, - o deyib.
Ətraflı videoda: