Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana Xocalı soyqırımının ildönümü ilə əlaqədar başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter səhifəsində yazıb.
"1992-ci ilin fevralında Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, dialoq və barışıq yolu ilə davamlı sülh və firavanlıq qurmaqla belə hadisələrin heç vaxt təkrarlanmamasını təmin etməliyik. Faciə qurbanlarının yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə paylaşımda qeyd olunub.