"Azərbaycana səfərim zamanı ilk olaraq Prezident İlham Əliyev və həmkarım Ceyhun Bayramovla görüşlər keçirdim".
Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Görüşlər üçün təşəkkür edirəm. Rusiya və Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə artan sürətlə davam edir. Rusiya rəsmiləri hər zaman Azərbaycan tərəfi ilə sıx təmasdadır. Biz öz növbəmizdə həmkarım Ceyhun Bayramovla sıx danışıqlar aparırıq. Bu gün də Bakıda olduğum üçün məmnunam",- deyə Lavrov vurğulayıb.