Modern.az

Metroda PROBLEM - Sərnişinlər qatardan düşürüldü

Metroda PROBLEM - Sərnişinlər qatardan düşürüldü

Aktual

28 Fevral 2023, 16:26

"Həzi Aslanov" - "Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında olarkən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb: "Nəticədə intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?