Modern.az

Xəstəni əməliyyat etdi - Tənzifi qarnında unutdu

Xəstəni əməliyyat etdi - Tənzifi qarnında unutdu

Aktual

28 Fevral 2023, 16:30

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Mingəçevir şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!