Modern.az

Minaatan bölmələrin döyüş hazırlığı - VİDEO

Minaatan bölmələrin döyüş hazırlığı - VİDEO

Aktual

3 Mart 2023, 10:00

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.


Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?