Modern.az

Bakıvaxtı.az 2 yaşında

Bakıvaxtı.az 2 yaşında

Aktual

5 Mart 2023, 11:28

Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 2 il ötür.

 

Bakıvaxtı.az portalı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.

 

Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərmək əsas hədəflərimizdəndir.

 

Bakıvaxtı.az portalı fərq qoymadan bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edir, onların bütün məlumatları öz səhifəsində işıqlandırır.

 

Əməkdaşları ayrı-ayrı müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüblər.

 

Bakıvaxtı.az 4 dəfə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.

 

Modern.az kollektivi adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı