Modern.az

Netanyahu ordunu səfərbər etdi

Netanyahu ordunu səfərbər etdi

Aktual

8 Aprel 2023, 00:41

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

 

“Baş nazir Təl-Əvivdəki terror aktı ilə bağlı məlumatlandırılıb. Hökumət başçısı İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”, - rəsmi açıqlamada deyilir.

 

Netanyahu vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.

 

Qeyd edək ki, aprelin 7-də İsrailin paytaxtı Təl-Əvivdə terror aktı törədilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?