Modern.az

Qubadlıda döyüş sursatları aşkarlandı

Qubadlıda döyüş sursatları aşkarlandı

Aktual

8 Aprel 2023, 09:00

Qubadlıda döyüş sursatları aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

 

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?