Modern.az

Daha bir avtobusda ödəniş kartla olacaq

Daha bir avtobusda ödəniş kartla olacaq

Aktual

8 Aprel 2023, 09:25

Aprelin 10-dan "Bakı Metropoliteni" QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

"İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", - deyə agentlik bəyan edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?