Aprelin 10-cu günü Prezident İlham Əliyevin Qazaxıstana səfəri, hərbçilərimizin Naxçıvanda itkin düşməsi, Azərpaşa Nemətovun dəfn edilməsi və digər mövzular gündəm olub.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki heykəli geri qaytarılıb. Aprelin 1-də təmir üçün yerindən götürülən heykəl ötən gün axşam saatlarında bərpa edilərək yerinə qoyulub.
Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb. Məlumata görə, onlar Ələddin İbrahimov, Arif Fətəliyev, Elsevər İsayev və Yusif adlı şəxslərdir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Prezident qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb. Səfər çərçivəsində Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb. Bundan əlavə, Tokayev və İlham Əliyev Ali Dövlətlərarası Şuranın yaradılması haqqında birgə bəyanat və protokol imzalayıblar.
Prezident İlham Əliyev Astanada çıxışı zamanı Ermənistanla sülh müqaviləsindən də danışıb: “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir".
Tokayev isə mətbuat konfransında bildirib ki, Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsini hazırkı 500 milyon dollar səviyyəsindən 1 milyard dollara çatdırmağı planlaşdırır. O, həmçinin qeyd edib ki, Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına neft tədarükünü artırmağı planlaşdırır.
Ötən gün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Bundan başqa, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib. Qaydalara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq. Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq. Həmçinin, dövlət qulluqçuları reyestrinin aparılması qaydası hazırlanacaq.
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani Tehranın Bakıdakı səfirinin dəyişəcəyi barədə xəbərlərə münasibət bildirib. Kənani deyib ki, Xarici İşlər Nazirliyində diplomatik vəzifələrin dəyişməsi normal haldır. "Lakin Azərbaycandakı səfirlə bağlı yeni heç nə olmayacaq", - deyə o bildirib.
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ATƏT-in sədri kimi Cənubi Qafqaza gəlib. O, dünən Gürcüstanda olub, daha sonra Ermənistanda və Azərbaycanda olacaq.
Ermənistanın müdafiə naziri Suren Papikyan Belçikaya səfər edib. O, paytaxt Brüsselə işgüzar səfərə gedib. Papikyan burada bir sıra görüşlər keçirəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Rusiya prezidenti ilə danışıqlar və razılaşmalarla bağlı Sergey Şoyqu Lukaşenko ilə təhlükəsizliyin təmin edilməsi mövzusunda əsaslı və konkret söhbətlər aparıb.
ABŞ Strateji Komandanlığı aprelin 11-də illik nüvə komandanlığı və nəzarəti təliminə başlayacaq. Təlimlərə bütün strateji komandanlığın, eləcə də Britaniya və digər müttəfiqlərin şəxsi heyəti cəlb olunacaq. Təlimlərin məqsədi nüvə hazırlığını gücləndirmək, təhlükəsiz və etibarlı strateji çəkindirmə qüvvələrini təmin etməkdir.
ABŞ-ın Kentukki ştatında silahlı şəxs banka hücum edib. O, bankda olan insanlara atəş açıb. Hadisə zamanı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Banka hücum edən şəxsin güllələnərək zərərsizləşdirildiyi bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutdakı vəziyyət haqqında danışıb. O, Rusiya qüvvələrinin "Suriya taktikasına" - yandırılmış torpaq metoduna keçdiyini bildirib. Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova Hindistana işgüzar səfər edib. O, Hindistan xarici işlər nazirinin müavini Sanjay Verma ilə görüş zamanı hökumətin Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırıb. Dünən, həmçinin 100 ukraynalı əsir geri qaytarılıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Ərdoğanı dəstəkləyirsənsə, çıx denən! – İnceyə sərt tənqid
4 yaşlı uşağı öldürüb quyuya atan şəxsə HÖKM OXUNDU
Canımızda azacıq ölüm qorxusu vardı - Fazil Mustafa
Türkiyədə deputatlığa namizəd olan nazirlər - SİYAHI (FOTOLAR)
Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə ARTACAQ
Jurnalistlər üçün ən təhlükəli ÖLKƏLƏR
NATO tanklarını vur, pul qazan! - Rusiya kampaniya başlatdı
Kremlin “üçlü ittifaq” ideyası niyə alınmadı?
Azərbaycanda yeni trend: Saqqallı məmurlar dövrü başlayır
Türkiyədə 2 transgender qadın deputatlığa namizəd oldu
Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılıb?
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Sabiq nazir müavini İrəvanla Moskvanın problemlərinin səbəbini açdı
Dünyanın ilk hərbi PUA gəmisi Türkiyədə - FOTO
İran Xəzərdə İsrailə qarşı hərbi parad keçirəcək
Dünya iqtisadiyyatı çətin durumda: Parçalanma dərinləşir
Namaz qılarkən kürəyindən bıçaqlandı
Körpəsi öldü, bir həftə sonra xəbəri oldu: “Elə bilirdim yatıb”
Mustafa Sandal və İncenin rəqsi: "Taktikalarından qorunun" - VİDEO
“Günahkarlar cəzalarını çəkib” - Əbülfəs Qarayev
Bakı və Tehran arasında buzlar əriyir? – “Biz hazırıq…” mesajı
“Xəstə idi, həm də kaprizləri vardı” - Xalq artistləri Azərpaşa Nemətovdan danışır
Əvəz Zeynallının məhkəməsində mübahisə - Proses təxirə düşdü
Dayanmayacağıq - Ərdoğandan önəmli açıqlama