Modern.az

Əsgərin vəhşicəsinə döyülməsi əsl barbarlıqdır - Deputat

Əsgərin vəhşicəsinə döyülməsi əsl barbarlıqdır - Deputat

Aktual

13 Aprel 2023, 16:36

“Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsl mahiyyətini tam əks etdirir.

İllər keçib bu xalqın mahiyyəti və xəstə təxəyyülü dəyişməyib və görünən odur ki, heç zaman da dəyişməyəcək”.
 

Bu sözləri Modern.az-a millət vəkili Ceyhun Məmmədov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində itkin düşən əsgəri Hüseyn Axundovun Ermənistan ərazisində saxlanılarkən işgəncələrə məruz qalmasına münasibət bildirərkən deyib,

“Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq. Tarix xalqlar başlarına gələn faciələri unutmayanda təkrarlanmır”, - C.Məmmədov vurğulayıb.



Deputat bildirib ki, azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşiliklə davranmayıblar:

“Əksinə, yaralı erməni əsgərinə ilkin tibbi yardım göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir.

Bu həm də onu göztərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirsinlər, bu barbarlığı pisləsinlər. Əsl vəhşilik və barbarlıq budur. Vəhşi, barbar biz yox ermənilərdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?