Modern.az

III Avropa Oyunlarının biletləri satışa çıxarıldı

III Avropa Oyunlarının biletləri satışa çıxarıldı

Aktual

13 Aprel 2023, 18:05

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarının biletləri satışa çıxarılıb.

 

Modern.az Avropa Oyunlarının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər 26 idman növü üzrə baş tutacaq yarışlara biletləri ala bilərlər.

 

Biletlərin qiyməti 4-20 avro arasında olacaq. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 000 bileti 25 faiz endirimlə əldə edə biləcəklər.

 

Qeyd edək ki, 21 iyun - 2 iyul aralığında keçiriləcək III Avropa Oyunlarında 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?