Modern.az

Azərbaycan bu təşkilata üzv olmaq istəyir - Çavuşoğlu açıqladı

Azərbaycan bu təşkilata üzv olmaq istəyir - Çavuşoğlu açıqladı

Aktual

13 Aprel 2023, 22:47

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "HaberTürk" kanalına müsahibəsi zamanı məlumat verib.

 

Onun sözlərinə görə, rəsmi Bakı artıq təşkilata üzv olmaq üçün müraciət edib.

 

8 müsəlman dövlətindən ibarət D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə qurulub. Təşkilatın üzvləri Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?