Modern.az

Çavuşoğlu misirli həmkarını iftara "Togg"la apardı - VİDEO

Çavuşoğlu misirli həmkarını iftara "Togg"la apardı - VİDEO

Aktual

14 Aprel 2023, 00:39

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, nazirlər birgə mətbuat konfransından sonra iftar məclisinə qatılıblar.

 

Çavuşoğlu həmkarını Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında təşkil edilən iftar proqramına yerli istehsal olan "Togg" avtomobili ilə aparıb. Elektromobili Çavuşoğlu şəxsən özü idarə edib.

 

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?