Modern.az

Bütün nəslimizi biabır edir - Əməkdar artistin bacısı

Bütün nəslimizi biabır edir - Əməkdar artistin bacısı

Aktual

17 Aprel 2023, 11:55

Müğənni, bəstəkar Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan televiziya kanallarından birinə verdiyi açıqlamada onun haqqında sərt ifadələr işlədib.

 

Modern.az xəbər verir ki, Lalə Seyidcahan əməkdar artistin "ağlına gələni etdiyini" bildirib.

 

“Elza ağlına gələni edir. Ətrafındakılar başına oyun açır, el-aləmi ona güldürürlər. Gah başına xoruz qoyurlar, gah nə bilim nə. Bütün nəslimizi biabır edir”, - deyə o qeyd edib.

 

Bəstəkarın bacısı vurğulayıb ki, Elza Seyidcahan uşaqların psixologiyasını pozub.

 

"Elzanın irəli getməsi üçün çox çalışmışıq. Ondan çox şey gözləyirdik, amma belə yox. Elza bacılarını da, bizim uşaqlarımızın da psixologiyasını pozdu. Nəslimizə açıqlama versin, bu nə biabırçılıqdır? Bərbad geyinir, bərbad şəkildə ortaya çıxır. Məni görəndə telefona baxır, guya ki, görmür. Qocalıb”,- deyə Lalə Seyidcahan qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?