Modern.az

"Google" da süni intellekt sisteminə keçid edir 

Aktual

17 Aprel 2023, 19:46

"Google" şirkətinin axtarış sisteminə bir sıra yeni süni intellekt xüsusiyyətləri əlavə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, şirkət 2022-ci ilin may ayından bir sıra süni intellekt alətləri üzərində işləyir. Tezliklə funksiyalar barədə daha ətraflı məlumat yayılacaq.

 

İlkin mərhələdə 1 milyona yaxın insan yeni funksiyalardan istifadə edə biləcək, ilin sonuna qədər isə onların sayı 30 milyona çatacaq.

 

Yeni "Google" funksiyaları sorğu əsasında kod yaza, həmçinin proqram təminatı ilə bağlı sorğulara cavab verə və çatbot ilə söhbət vasitəsilə musiqi axtarışını həyata keçirə biləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?