Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Rubinyan görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə toxunub. Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.
Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması haqqında sazişin tezliklə reallaşdırılmasının vacibliyini diqqətə çatdırıblar.