Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 830 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 485 nəfərdir.
Son sutka ərzində 1321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.
