“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialının inzibatı binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub. Modern.az xəbər verir ki, açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iştirak edib. Filialın təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən guşə ilə tanışlıq olub. Cəmiyyətin sədri Şahvələd Əliyev çıxışı zamanı qeyd edib ki, bütün sinif otaqları əyani vəsaitlərlə, stend və plakatlarla təchiz edilib. Cəmiyyət sədri onu da əlavə edib ki, Rusiyadan iki ədəd təlim trenajoru alınıb.
Aqşin KƏRİMOV