Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” 2 ay öncə başladığı təlim proqramını başa çatdır.
Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etməyi, QHT nümayəndələrinin bilik və bacarığını, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməyi nəzərdə tutan Məktəbin cari proqramını 2 qrup olmaqla, 32 nəfər bitirir.
Ölkəmizdə ictimai nüfuza malik olan təlimçilər tərəfindən təşkil edilmiş son təlimlərdə iştirakçılara menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə nəzəri və praktiki biliklər verilib.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Məktəb 900-ə yaxın insana birbaşa təlimlər verib.
Modern.az