Modern.az

Ağdam-Xankəndi yoluna elektrik enerjisi verildi

Ağdam-Xankəndi yoluna elektrik enerjisi verildi

Aktual

2 Sentyabr 2023, 00:10

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.

 

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.

 

Qeyd edək ki, ərazi artıq elektrik enerjisi ilə təmin edilib.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı