Modern.az

İraqda 4 İŞİD döyüşçüsü məhv edildi

İraqda 4 İŞİD döyüşçüsü məhv edildi

Aktual

21 Sentyabr 2023, 17:30

İraqın şimalındakı Kərkük əyalətinə endirilən hava hücumu nəticəsində dörd  İŞİD yaraqlısı öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

 

Bildirilir ki, İraq döyüş təyyarələri ucqar Vadi Ceytun bölgəsində İŞİD-in sığınacaqlarına hava zərbələri endirib. Hava hücumları kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!