Modern.az

Onkoloji xəstələr üçün ayrılan vəsait məlum oldu

Onkoloji xəstələr üçün ayrılan vəsait məlum oldu

Aktual

2 Noyabr 2023, 11:28

Gələn il onkoloji xəstəliyə tutulmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 50,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.

 

Azərbaycan Respublikasında ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 10,1 milyon manat məbləğində vəsait ayrılacaq.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir