Modern.az

Keçiddən istifadə etməyənlər cəzalandırıldı

Keçiddən istifadə etməyənlər cəzalandırıldı

Aktual

7 Dekabr 2023, 18:36

Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

 

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?