Modern.az

Bakı-Ağstafa qatarına daha 2 reys təyin edildi

Bakı-Ağstafa qatarına daha 2 reys təyin edildi

Aktual

29 Dekabr 2023, 14:06

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib.

 

Modern.az “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, əlavə qatar reysləri yanvarın 4-də saat 07:50-da Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.

 

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

 

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?