
Rusiyanın “taxıl anbarı” və turizm bölgəsi sayılan Kuban regionu tarixən Don kazaklarının yaşadığı ərazi olub. Kuban kazaklarının yaşadığı bölgəyə XIX əsrdən başlayaraq ermənilərin kütləvi köçü başlayıb. İndi Krasnodarın Qara dəniz boyu bölgələri, Soçi, Tuapse, Anapa şəhərlərində böyük erməni icması toplaşıb. İcma xüsusilə Sovet İttifaqının dağılmasından sonra daha da böyüyüb. Belə ki, Ermənistandan 1990-cı ilərdə on minlərlə erməni iş arxasınca Krasnodara üz tutub. Əgər 1989-cu illdə Krasnodar diyarında rəsmi məlumatlara görə, 182 min erməni yaşayırdısa, 2002-ci ilin məlumatlarında bu say 275 min nəfərə çatıb. Qeyri-rəsmi məlumatlara görə isə diyarda ümumilikdə, 1 milyona yaxın erməni yaşayır. Bundan əlavə, Rostov şəhərində erməni konsulluğu, 20-dən artıq erməni kilsəsi və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Say üstünlüklərinə güvənən ermənilər bu bölgədə ictimai asayişi pozmağı və vaxtı ilə qonaq kimi gəldikləri torpaqlarda öz qanunlarını yeritməyi bir növ həyat tərzinə çeviriblər. Təbii ki, bu tendensiya yerli sakinləri, xüsusilə kazakları narahat etməyə bilməz. Odur ki, bölgə iqtisadiyyatının əhəmiyyətli hissəsini nəzarətə götürən erməni diasporu tez-tez kazakların qəzəbi ilə üzləşir. Milli zəmində baş verən toqquşmalar adi hal alıb. Məsələn, 2003-cü ildə özünü kazak polkunun atamanı elan edən Petr Molodidov 3 nəfərin qətlində şübhəli bilinərək həbs olunur. Millətçi ideyalara xidmət edən Molodidov gürcü və iki erməni əsili biznesmenin qətlində şübhəli bilinirdi. Cinayətləri törətdiyini etiraf edən kazak bunu milli zəmində törətdiyini etiraf edib. Onun sözlərinə görə, kazaklar öz torpaqlarında dinc yaşaya bilmir və buna görə qafqazlılar cavab verməlidir. Petr Molodidov məhkəmə tərəfindən 18 il müddətinə azadlıqdan məhrum olunur.
2005-ci ilin martında Krasnodarın Novorossiysk liman şəhərində yerli kazaklarala ermənilər arasında kütləvi qarşıdurma yaşanır. Nəticədə Novorossiysk Kazak qoşunlarının atamanı Vladimir Petruça bıçaq xəsarəti alır. Polis hadisə yerində toqquşmaların böyüməsinin qarşısını alsa da, növbəti gün bütün Kuban regionundan avtobuslarla gələn kazaklar izdihamlı qruplar şəklində şəhərdəki ermənilərə məxsus evlərə və ticarət obyektlərinə hücumlar edirlər. Erməni görünüşlü şəxslər qəzəbli kütlə tərəfindən döyülür. Polis və Daxili qoşun hissələrinin köməyi ilə qarşıdurmanın qarşısını almaq mümkün olur. Lakin bu hadisə də mili zəmində mövcud olan gərginliyi aradan qaldıra bilmir.
2012-ci ilin aprelində rus gəncləri Anapa şəhərindsə Sağlam həyat tərzinin təbliğinə həsr olunmuş yürüş keçirmək istəyirlər. Lakin yürüş edən qrup Anapada yaşayan erməniulər tərəfindən hücuma məruz qalır. Nəticədə on nəfər xəsarət alır. Hadisəni törətməkdə şübhəli bilinən ermənilər yürüş iştirakçılarının şüarlarının millətçi xarakter daşıdığını və onların milli hisslərini alçaltdığını iddia etməyə başladılar. Məsələ geniş əks-səda doğurdu . Hadisəyə münbasibət bildirən Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçev ermənilərə işarə edərək bütün xalqların rus torpağında yaşadıqlarını və Rusiya qanunları ilə idarə olunduqlarını dərk etmənisinin vacib olduğunu xatırladır. Tkaçovun göstərişi ilə iri şəhərlərdə ictimai asayişə nəzarət edəcək və kazaklardan təşkil olunacaq patrul dəstələrinin yaradılması barədə göstəriş verilir. Bundan sonra münqişə nəinki səngiyir, hətta erməni diasporu kazaklarla yeni problemlər yradər.
2014-cü ilin fevralında Soçidə keçiriləcək Qış Olimiya oyunları ilə bağlı regiona Şimali Qafqazdan, xüsusən, Dağıstan Respublikasından əmək miqrantlarının axını baş verir. Rusiya Federasiyasının vətəndaşları olan dağıstanlı miqrantlar bir zamanlar onların tarixi torpaqlarına qonaq qismində gələn, indi isə özlərini az qala aborigen kimi təqdim etməyə çalışan ermənilərin təzyiqi ilə üzləşirlər. 2012-ci il mayın 1-də dağıstanlılar və ermənilər arasında Soçi şəhərində qanlı dava baş verir. 300-ə qədər gəncin iştirak etdiyi toqquşmada 23 yaşlı erməni Yuri Qaranyan bıçaqlanaraq qətlə yetirilir. Yerli erməni icmasının başçısı Valeri Torosyan məsələ ilə bağlı toplantı keçirir. Çıxışında Torosyan erməniləri bu torpaqların tarixi sakinləri kimi təqdim edərək “gəlmə” çeçenlərin və dağıstanlıların yerli qanunlara hörmət etməsini tələb edir.
“Ermənilər Soçidə, ümumiyyətlə, Krasnodarda 200 ildir ki, yaşayır. Biz qanunlara tabe olan xalqıq və gəlmələrdən də bunu tələb edirik”- deyə hədə dolu açıqlama verir. Göründüyü kimi ermnəi diasporu Krasnodar diyarını artıq öz tarixi torpağı hesab etdiyini açıq dillə etiraf edir. Hətta öz qanunlarını həm yerli kazaklara, həm də Şimali Qafqaz xalqlarına yeritməyə çalışırlar. “Öz qanunları” özlüyündə daha çox “bu yerlər ermənilərindir” fikrini ehtiva edir. Buna isə kazaklar hələlik məhəlli dava-dalaşla reaksiya verirlər. Məsələ orasındadır ki, erməni himayəçisi kimi tanınan Rysiya bu məsələdə də zahirən seyrçi mövqe nümayiş etdirir. Pərdə arxasında isə öz ənənəvi ampluasındadır. Bir sözlə, Kreml bölgədə baş qaldıran erməni özbaşnalığına qarşı laqeydliklə yanaşır. Ənənvi müttəfiqinə olan bu arxaynçılıq Rusiyaya baha başa gələ bilər. Kazaklıar ayağa qalxacağı təqdirsə həyatlarını itirməyi belə göz önünə almayacaqlar. Bu isə Rusiyada vətəndaş müharibəsinin başlanması demək olacaq.
Vüqar İsmayılov