Modern.az

Zaqatalada 9 kiloqram narkotik dövriyyədən çıxarılıb

Zaqatalada 9 kiloqram narkotik dövriyyədən çıxarılıb

Aktual

28 Avqust 2024, 09:36

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, ondan 9 kiloqram marixuana aşkar olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!