Modern.az

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

Aktual

28 Avqust 2024, 14:56

25-26 avqust 2024-cü il tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

 

Modern.az xəbər verir ki, FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası həmin yarişda çempion adını qazanıb.

 

27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev komandanın üzvləri ilə görüşüb.

 

Görüş zamanı F.Musayev qazanılan qələbənin əhəmiyyətindən danışıb, komanda üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!