Modern.az

İstanbulda metrobus qəzaya uğradı

İstanbulda metrobus qəzaya uğradı

Aktual

29 Avqust 2024, 11:16

İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə zamanı on sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

 

Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır