Modern.az

Əminə Ağazadə seçicilərə çağırış etdi - FOTO

Əminə Ağazadə seçicilərə çağırış etdi - FOTO

Aktual

29 Avqust 2024, 11:44

62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun ucqar kəndlərdən olan Mehdili və ətraf kəndlərin sakinləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, kənd əhalisi Əminə xanımı olduqca səmimi qarşılayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini xüsusi olaraq vurğulayaraq əhalini bu seçkilərdə aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu