Modern.az

İctimai fəal Famil Xəlilovun məhkəməsi başlayıb

İctimai fəal Famil Xəlilovun məhkəməsi başlayıb

Aktual

29 Avqust 2024, 13:20

Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən Famil Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

 

Müdafiəçilər F. Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

 

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.

 

Proses sentyabrın 5-də davam etdiriləcək.

 

Qeyd edək ki, F. Xəlilov mayın 4-də saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır