Modern.az

Əli Məsimli daha bir izdihamlı görüş keçirdi - FOTO

Əli Məsimli daha bir izdihamlı görüş keçirdi - FOTO

Aktual

29 Avqust 2024, 13:36

Avqustun 29-da Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşlərin rəsmi qrafiki üzrə sonuncu görüşünü keçirdi. Əli Məsimli qeyd etdi ki, bu görüş qrafik üzrə planlaşdırılan sonuncu görüş olsa da, qeyri formal görüşlərimiz sükut gününə kimi davam etdiriləcəkdir.

 

O, bildirdi ki, biz seçkiqabağı təbliğat-təşviqat kompaniyamızı avqustun 9-da bu zalda şəhid ailələri üzvləri, qazilər və veteranlarla görüşlə başladıq və bu gün avqustun 29 da yenə də bu zalda – Qax rayon Mədəniyyət evində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlə tamamlayırıq.

 

21 gün ərazində Qax və Şəkidə 65 görüş keçirdik. Qrafikimiz üzrə keçirdiyimiz bu görüşlərdə, eləcə də qeyri-formal görüşlərdə bu günə kimi üst-üstə altı mindən çox seçiciylə görüşdük.  İrili-xırdalı bütün görüşlərimiz çox aktiv şəraitdə,  səmimi və qarşılıqlı  etimad mühitində keçdi.

 

Bu münasibətlə dəvətimizi qəbul edib, görüşlərdə iştirak edən bütün seçicilərə dərin minnətdarlığımızı bildiririk.
Görüşlərimiz zamanı ən çox qaldırılan məsələlər kəndlərə qaz çəkilməsi, elektrik təchizatındakı problemlər, məktəb tikintisi, işsizlik və sair bu kimi məsələlər oldu. Biz bütün görüşlərimizdə bildirdik ki, qaz çəkmək, yol salmaq deputatın birbaşa vəzifəsi deyil. Deputatın vəzifəsi seçicilərin öz yaşayış məntəqələri ilə bağlı qaldırdığı problemləri, o cümlədən qaz, yol, su çəkilməsi kimi məsələləri aidiyyati orqanlara yazılı və şifahili formada çatdırmaqdır.

 

Qarabağ işğal altında olduğu 30 ilə yaxın bir dövr ərzində ölkəmizdə aparılan sosioloji sorğularda  “ən böyük problem nədir?” sualına xalqımız  birinci problem kimi – Qarabağ, ikinci problem kimi isə sosial problemlər dedi. Xalqımız  Qarabağı bir an belə unutmadı, həmrəylik nümayiş etdirdi – Qarabağı işğaldan azad etdi. Birinci problem həll olundu. İndi ikinci problem – sosial problemlərin həllinin sürətləndirilməsi məqamı gəlib.  Bu yol müasir dövrün tələblərinə uyğun islahatlardan keçir.

 

Mən Sizi rifaha aparan islahatlara səs verməyə çağırıram!

 

Sizin mövqeyiniz – bizim mövqeyimizdir
Sizin sözünüz – bizim sözümüzdür
Biz Sizlərə inam və imanla xidmət edirik
Dəstək Sizdən – Xidmət bizdən

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu