Modern.az

Sənədsiz silahlarını polisə təhvil verdilər

Sənədsiz silahlarını polisə təhvil verdilər

Aktual

29 Avqust 2024, 16:52

Cəlilabad rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

 

Modern.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!