Modern.az

Qanunsuz silahlar götürüldü

Qanunsuz silahlar götürüldü

Aktual

29 Avqust 2024, 21:40

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

 

Modern.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır