Modern.az

“Həmin dərmanın idxalına icazə verilməyib” - Nazirlik

“Həmin dərmanın idxalına icazə verilməyib” - Nazirlik

Aktual

30 Avqust 2024, 15:15

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri - 10 yaşlı uşaq vəfat edib.

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

 

“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir. 

 

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu