Modern.az

UNEC kollektivi şəhid analarını ziyarət etdi

UNEC kollektivi şəhid analarını ziyarət etdi

Aktual

8 Mart 2025, 16:19

UNEC kollektivi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid olmuş məzun və tələbələrinin analarını ziyarət edib.

Modern.az xəbər verir ki, fakültə dekanları, əməkdaşlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Bakı və ətraf ərazilərdən olan şəhid məzunlarımızın analarına baş çəkərək, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.

Bundan başqa, UNEC rektoru, professor Ədalət Muradov universitetin şəhid olmuş tələbə və məzunlarının analarına təbrik mesajı göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV