Modern.az

Sabiq nazir müavininə yeni vəzifə verildi

Sabiq nazir müavininə yeni vəzifə verildi

Aktual

8 Aprel 2025, 16:20

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (Publik hüquqi şəxs) yeni direktor təyin olunub.

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə Bədəl Fizuli oğlu Həsənov sözügedən qurumun rəhbəri təyin edilib.

Digər əmrlə Sahib Cəfər oğlu Hüseynəliyev Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Qeyd edək ki, Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvan ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?