Modern.az

Rövşən Rüstəmov Əbdül Qani Bəradərlə görüşüb

Rövşən Rüstəmov Əbdül Qani Bəradərlə görüşüb

Aktual

5 İyul 2025, 19:05

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

 

Modern.az xəbər verir ki, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

 

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV