Modern.az

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə ÇAĞIRDI

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə ÇAĞIRDI

Aktual

6 Oktyabr 2025, 09:16

Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna daha bir neçə ərazini azad etdi - Ruslar təslim oldular