Modern.az

Sumqayıtda partlayıcı maddələr aşkar edildi

Sumqayıtda partlayıcı maddələr aşkar edildi

Aktual

6 Oktyabr 2025, 09:23

Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

Modern.az xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.

Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü